Cəmİyyət

Rusiya Azərbaycanlıları İttifaqı çağırış etdi

Rusiya Azərbaycanlıları İttifaqı çağırış etdi
Rusiya Azərbaycanlıları İttifaqı: ”Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq” Rusiya Azərbaycanlıları İttifaqının mətbuat xidməti Azərbaycan Silahlı Qüvvələrinin mayoru, tabor komandiri şəhid Aqil Omarovla bağlı bəyanat yayıb. "Azərbaycan Silahlı Qüvvələrinin mayoru, tabor komandiri Aqil Omarov işğalçı erməni ordusunun növbəti təxribatı nəticəsində şəhid olub. Qəhrəman Azərbaycan oğlunun mənsub olduğu Omarovlar ailəsinə dərin hüznlə baş sağlığı verir, şəhidlik zirvəsinə ucalan qardaşımızın ruhu şad olsun deyirik. Soydaşlarımızı bu faciəvi gündə Azərbaycan dövlətçiliyi ətrafında daha da sıx birləşməyə çağırırıq. Bu acı xəbər dünyada yaşayan Azərbaycanlıların işğalçı erməni ordusuna olan nifrətini və qəzəbini daha da artırıb. Düşmənin cəbhədəki son təxribatı sülh danışıqlarının işğalçı dövlət tərəfindən imitasiya edildiyini bir daha sübut edir. Şanlı Azərbaycan Silahlı Qüvvələrinin düşmənə faciəvi hadisəylə bağlı adekvat olacağına inamımızı bildiririk. Azərbaycan Respublikasının müdafiə naziri, cənab general-polkovnik Zakir Həsənovun "bizim bir şəhidimizə görə onların 10 hərbiçisi məhv ediləcək” bəyanatının icrasına ümid bəsləyirik”.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031