Dünya

Rusiya Gürcüstana uçuşların bərpasının şərtlərini açıqladı

Rusiya Gürcüstana uçuşların bərpasının şərtlərini açıqladı

"Rusiya rusların təhlükəsizliyi təmin edildiyi təqdirdə Gürcüstana qarşı münasibətdə tətbiq edilən məhdudiyyətlərin, bu xüsusda aviauçuşların bərpasının mümkünlüyünü nəzərdən keçirir”.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici işlər naziri Sergey Lavrov "Arqumentı i faktı” qəzetinə müsahibəsində bildirib.

"Ümid edirik ki, Gürcüstan hakimiyyəti ölkədəki ictimai-siyasi vəziyyəti sabitləşdirməyə və rusların təhlükəsizliyinə mövcud təhdidləri aradan qaldırmağa nail olacaq. Əgər bu baş verərsə, Rusiya tərəfindən qəbul edilən ehtiyat tədbirlərinin ləğvi məsələsini nəzərdən keçirmək üçün lazımi şərait yaradılacaq. Biz Rusiya və Gürcüstan vətəndaşlarının xeyri naminə dostluq və əməkdaşlıq etmək istəyirik”, - deyə Lavrov vurğulayıb.

Nazirin sözlərinə görə, Gürcüstanda hakimiyyətlə müxalifətin münasibəti ölkənin öz daxili məsələsidir və Rusiya bu prosesə müdaxilə etməyə hazırlaşmır:

"Bununla belə, Gürcüstan siyası elitasının bəzi radikal ruhlu nümayəndələrinin anti-rusiya əhval-ruhiyyəsini yaratmaq, xalqlarımızı bir-birinə düşmən etmək cəhdləri bizi narahat etməyə bilməz”.

XİN rəhbəri bir neçə gün öncə müxalifətçi "Rustavi 2” telekanalının apaprıcısı Giorgi Qabunianın verilişində Rusiya Prezidenti Vladimir Putin və onun valideynlərinin ünvanına səsləndirdiyi qeyri-etik sözlər və söyüşlərlə bağlı da danışıb:

"Tbilisi hökumətinin özündə güc tapıb yerli telekanalların birində Rusiya Prezidentinin ünvanına təhqirlər səsləndirməklə həm də gürcü ictimaiyyətində hiddətə səbəb olan aparıcı ilə bağlı qərar verməyi önəmlidir”. 

Lavrov gürcü xalqının rusiyalıları düşmən hesab etmədiklərindən əmin olduğunu da dilə gətirib.

Xatırladaq ki, iyunun 20-də Parlamentlərarası Pravoslavlıq Assambleyasında Rusiya Kommunist Partiyasının nümayəndəsi Sergey Qavrilovun Azərbaycanda səfərdə olan İrakli Kobaxidzenin yerində oturması parlamentdə gürcü deputatların etirazına səbəb olub. Onlar ümumiyyətlə, rusiyalı nümayəndə heyətinin Tbilisidə olmasına etiraz ediblər.

Gürcüstanın hakim "Gürcü arzusu – demokratik Gürcüstan” partiyasının liderləri baş verənləri "protokol səhvi” adlandırsa da müxalifət bununla razılaşmayıb. Parlementin qarşısına toplaşan nümayişçilər spiker İrakli Kobaxidzenin istefasını tələb ediblər. Mitinqdə, həmçinin, növbədənkənar seçkilərin keçirilməsi tələb edilib.

Kobaxidze Bakıya rəsmi səfərini yarımçıq kəsərək ölkəsinə qayıtdıqdan sonra istefa verib.

Baş vermiş hadisələr fonunda iyunun 21-də Rusiya Prezidenti Vladimir Putin iyulun 8-dən Rusiya aviaşirkətlərinin Gürcüstana uçuşunu müvəqqəti qadağan edib.

 

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031