Hadİsə

Rusiyada 5 nəfər dəm qazından öldü - Biri uşaqdır

Rusiyada 5 nəfər dəm qazından öldü - Biri uşaqdır

Rusiyanın Çelyabinsk vilayətində beş nəfər dəm qazından ölüb.

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə fərdi evlərdən birində qeydə alınıb.

Ölənlərdən biri uşaqdır.

Məlumatda bildirilir ki, beş nəfərdən ibarət ailənin yaşadığı evə iki nəfər də qonaq gəlib.

Baş vermiş hadisə nəticəsində ailənin dörd üzvü, o cümlədən bir uşaq və qonaqlardan biri dəm qazından boğularaq ölüb. Digər iki nəfərin vəziyyəti qənaətbəxşdir.

 

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930