Cəmİyyət

Rusiyada azərbaycanlıya büst qoyulacaq

Rusiyada azərbaycanlıya büst qoyulacaq

Rusiyanın Baltiysk şəhərində azərbaycanlı vitse-admiral Həmid Qasımbəyovun büstünün qoyulması planlaşdırılır.

Bu məsələ Baltiysk şəhər dairəsi administrasiyasının rəhbəri Sergey Melnikovun bölgədəki Azərbaycan diasporunun rəhbəri Tofiq Rzayevləgörüşündəmüzakirə edilib.

Büst 9 May - Qələbə Gününün 75-ci ildönümü ilə əlaqədar Çexov küçəsində quraşdırılacaq.

Qeyd edək ki, Həmid Həbib oğlu Qasımbəyov 1923-cü il mayın 3-dəNaxçıvanda anadan olub.

O, İkinci Dünya Müharibəsi veteranıdır. Baltiysk şəhərinin bərpası və inkişafına böyük töhfəverib.

Müxtəlif illərdə I dərəcəli Vətən müharibəsi ordeni, "Qırmızı Ulduz” ordenləri daxil olmaqla, 30-dan çox medalla təltif edilib.

H.Qasımbəyov 2005-ci il aprelin 22-də Bakıda vəfat edib.

 


XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30