Dünya

Rusiyada terror hücumu planlaşdıran İŞİD üzvü yaxalandı

Rusiyada terror hücumu planlaşdıran İŞİD üzvü yaxalandı
Rusiyadakı Kabardino Balkar Respublikasında həyata keçirilən antiterror əməliyyatı çərçivəsində Suriyadan aldığı əmrlə hücum planlaşdırdığı müəyyənləşdirilən İŞİD üzvü saxlanılıb.
 
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FTX) açıqlama verilib. Açıqlamada İŞİD üzvünün yaşadığı evdə əldüzəltmə bomba, radikal məzmunlu ədəbiyyat və digər dəlillərin ələ keçirildiyi bildirilib.
 
Saxlanılanın Kabardino Balkarda fəaliyyət göstərən Baksan qruplaşmasının üzvü olduğu vurğulanıb. Onun 2010-cu ildəki Baksan su elektrik stansiyasına, 2009 və 2012-ci illərdəki təhlükəsizlik qüvvələrinə hücumlarda istifadə edilən əldədüzəltmə bomba hazırlayan şəxs olduğu qeyd edilib. Qruplaşma liderləri zərərsizləşdirildikdən sonra sözügedən şəxsin Suriyada fəaliyyət göstərən İŞİD idarəçiləriylə əlaqə qurduğu, onlardan yeni hücum tapşırığı aldığı diqqətə çatdırılıb. Məsələylə bağlı istintaq davam edir. 

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829