Dünya

Rusiyadan Ukraynaya yanacaq QADAĞASI

Rusiyadan Ukraynaya yanacaq QADAĞASI

Bu gündən etibarən Rusiyadan Ukraynaya kömür və neft məhsullarının tədarük qadağası qüvvəyə minib.

Rusiya hökumətinin qətnaməsinə əsasən, bundan sonra əmtəə benzini, dizel yanacağı, propan, butan və digər sıxılmış qazların Ukraynaya tədarükü yalnız Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin icazəsi ilə mümkündür.

Mayın 31-də Rusiyanın İqtisadi İnkişaf Nazirliyi hökumətə Ukraynaya yanacaq tədarük edə biləcək şirkətlərin siyahısını təqdim edib. Şirkətlərə veriləcək icazələr və tədarük olunacaq həcmlər hər ay yoxlanılacaq.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Aleksandr Danilyuk Rusiyadan gələn neft və butan tədarükünün qadağan edilməsi Kiyev üçün problem yaradacağını bildirib.

Aprel ayının ortalarında təsdiqlənmiş yanacaq tədarükünün qadağan olunması Ukrayna hökumətinin Rusiyaya qarşı sanksiyaların uzadılması qərarına cavab idi. (ONA)

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930