Gündəm

“Sağ olsunlar, məni işsiz qoymadılar” – Şəmsəddin Xanbabayev

“Sağ olsunlar, məni işsiz qoymadılar” – Şəmsəddin Xanbabayev
"Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri seçilməyim doğrudur”.

Bu sözləri Xaçmaz rayonun bu günlərdə istefa verən 81 yaşlı icra başçısı Şəmsəddin Xanbabayev deyib. O, Yeni Azərbaycan Partiyasının (YAP) Xaçmaz rayon təşkilatının sədri seçilməsi haqda danışarkən yeni vəzifəsinin öhdəsindən layiqincə gələcəyini bildirib. "Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasını yaradanda mən onun yanında olmuşam. Bu partiya mənə doğmadır və mən əlbəttə ki, etimadı doğrultmağa çalışacağam”, deyə Şəmsəddin Xanbabayev əlavə edib.

Keçmiş icra başçısı həmçinin ölkə rəhbərliyinə onu işsiz qoymadığı üçün təşçəkkür edib: "Sağ olsunlar, xidmətlərimi nəzərə alıb mənib işsiz qoymadılar. İşimə yüksək qiymət verildiyinə cənab Prezidentə təşəkkür edirəm. Gördüyümüz işlərə qiymət verməklə bizi bir qədər də cavanlaşdırdı, boynumuza böyük məsuliyyət qoydu. Belə də olmalıdır.Yeni vəzifəmi camaat da yaxşı qarşıladı. Yəqin ki, burda da öz xeyrimi verəcəm”.
 
yenisabah

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930