Cəmİyyət

Salyanda kişi arvadını qətlə yetirdi

Salyanda kişi arvadını qətlə yetirdi

Salyanda baş verən bıçaqlanma hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Sfera.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə,  noyabrın 1-i saat 12 radələrin Salyan rayonu ərazisində 1983-cü il təvəllüdlü İlahə Hüseynovanın üzərinə bıçaq xəsarətli olan meyitinin yaşadığı evdə aşkar olunması faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

 

Faktla bağlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib:

"İlkin istintaqla hadisənin 1982-ci il təvəllüdlü Salyan rayon sakini Nahid Hüseynov tərəfindən ailə münaqişəsi zəminində bıçaqdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

N.Hüseynov şübhəli şəxs qismində istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”. (oxu.az)

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031