Maqazİn

Şəbnəm Tapdıq BAŞINI İTİRDİ: Bütün Şəbnəmlər mənə pul ödəsin... - FOTOFAKT

Şəbnəm Tapdıq BAŞINI İTİRDİ: Bütün Şəbnəmlər mənə pul ödəsin... - FOTOFAKT
Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tapdıq həmkarı Şəbnəm Qəhrəmanlını polisə şikayət edərək adının dəyişdirilməsini tələb edib.

Publika.az xəbər verir ki, Şəbnəm Tapdıq bu işlə "ciddi” şəkildə məşğul olmağa qərar verib. Məsələ ondadır ki, o, digər məşhur adaşlarından da adının dəyişdirləməsini tələb edir. Bu barədə aparıcı Şəbnəm Həsənova sosial şəbəkədə məlumat verib. O, bildirib ki, Şəbnəm Tapdıq adına görə aparıcı Şəbnəm Həsənovanı MTRŞ-yə şikayət edib.

"Hazırda çalışdığım "Lider" televiziyasına Milli Televiziya və Radio Şurası (MTRŞ) və Müəllif Hüquqları Agentliyindən məktub gəlib. Bir sözlə, xanım tələb edir ki, bütün tanınmış "Şəbnəm”lər özlərinə efir təxəllüsü seçsinlər. Əks halda, biz Şəbnəm xanıma "patent" ödəməliyik”, - deyə aparıcı qeyd edib.

Aparıcı şikayət ərizəsinin fotolarını sosial şəbəkədə paylaşıb.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031