İdman

Səkkiz idmançımız para taekvondo üzrə Avropa çempionatında iştirak edəcək - ADLAR

Səkkiz idmançımız para taekvondo üzrə Avropa çempionatında iştirak edəcək - ADLAR

Oktyabrın 30-da İtaliyada para taekvondo üzrə Avropa çempionatı keçiriləcək.

Sfera.az xəbər verir ki, Fərid Tağızadə və Yaşar Səfərovun rəhbərlik etdiyi Azərbaycan milli komandası təlim-məşqləri başa vuraraq bu gün İtaliyaya yollanır.

 

Bari şəhərinin altı min tamaşaçı tutumuna malik "PalaFlorio” idman arenasında keçiriləcək sayca VIII qitə çempionatında ölkəmizi kişilərdən Sadiq Həmidov və Elimxan Manafov ( hər ikisi K-43, -61 kq), İmaməddin Xəlilov (K-44, -61 kq), Əbülfəz Abuzərli, Hüseyn Həsənov (hər ikisi K-44, -75 kq), Vüqar Adışirinov (K44, +75 kq), qadınlardan isə Röyalə Fətəliyeva (K-44, -49 kq) və Aynur Məmmədova (K-44, +58 kq) təmsil edəcək.

Qeyd edək ki, bu yarışda 239 atlet (bunların 69-u qadınlardır) iştirak edəcək. Avropa çempionatı açıq xarakter daşıdığından, başqa qitələrdən də idmançılar mübarizə apara biləcək. Belə ki, bu atletlər 25 Avropa və 21 başqa qitə ölkələrini təmsil edəcək. (oxu.az)

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031