Hadİsə

SON DƏQİQƏ: "Bolmart"da partlayış - Bir nəfər yandı

SON DƏQİQƏ:
Gəncədə marketlərdən birində partlayış baş verib. 

Sfera.az-ın  verdiyi məlumata görə hadisə Şah İsmayıl Xətair prospektində yerləşən "Bolmart"da baş verib.

Nəticədə marketdə kürəçi işləyən 1987 ci il təvəllüdlü Məmmədov İman Namiq oğlu ağır yanıq xəsarətləri alıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin qaz balonunun partlaması nəticəsində baş verdiyi ehtimal edilir.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin rəsmiləri eləcə də polis əməkdaşları cəlb olunub.

Təfərrüatlar araşdırılır.
 
baku.ws

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031