Maraqlı

Sumqayıt bulvarında çayın qiyməti şoka saldı - 30 manat +FOTO

Sumqayıt bulvarında çayın qiyməti şoka saldı - 30 manat +FOTO
 Sumqayıtın yeni bulvarında açılmış "Posedion” restoranında müştərilərə qarşı davamlı dələduzluq edilir. 

Sfera.az BakuPost-a istinadən xəbər verir ki, iki gün əvvəl restoranda müştərilərə menyuda göstərilən qiymətin ikiqatı ödətdirilib.

Belə ki, menyuda təklif olunan iki "Milli şirniyyatla çay” sifariş verib. Menyuda 8 manat göstərilən çayı müştərilərə 16 manatdan hesablayıb, 32 manat pul tələb ediblər.

Sumqayıt bulvarında Müştəri iki dəfə artıq pulu hansı əsasla istədiklərini soruşduqda bildirilib ki, qiymət qalxıb. Qiymət qalxımının nəcə baş verdiyi və menyuda niyə əksini tapmadığını soruşduqda heç bir məntiqli cavab verilməyib. Müştəri çek tələb etdikdə isə maraqlı bir hala şahidlik edib. 

Təqdim olunan çekdə çayın pulu 30 manat (Biri 15 manatdan) göstərilib. Və ən maraqlısı isə odur ki, çekdə "Milli şirniyyatla çay” əvəzinə menyuda olmayan "Kiçik çay dəstgahı” yazılıb. Bununla da guya, "Milli şirniyyatla çay”ı iki dəfə baha satmağı ört basdır eləyiblər. Müştəri biz "Kiçik çay dəstgahı” yox, "Milli şirniyyatla çay”ı sifariş vermişik deyəndə, xidmətçi adminstratorla danışmağı məsləhət biliblər.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031