Maraqlı

Tanınmış həkim koronavirus pandemiyasının bitəcəyi tarixi açıqlayıb

Tanınmış həkim koronavirus pandemiyasının bitəcəyi tarixi açıqlayıb
 "Jit zdorovo" verilişinin aparıcısı həkim-kardioloq, tibb elmləri doktoru, professor Yelena Malışeva koronavirus epidemiyasının bitəcəyi tarixi açıqlayıb. Mütəxəssisin sözlərinə görə, epidemiya 6 həftədən çox çəkməyəcək.

Sfera.az saglamolun.az-a istinadən bildirir ki, həkimin sözlərinə görə, epidemiyanın tez bitməsi hər birimizdən asılıdır. Epidemiyanın qurbanlarının sayını minimuma çatdırmaq üçün hər birimiz profilaktik qaydalara riayət etməliyik. Bu qaydalar çox sadədir - əlləri sabun və ilıq su ilə tez-tez yumaq, göz, burun və ağıza əl vurmamaq, insanların kütləvi toplandığı yerlərdən uzaq olmaq, mümkün qədər evdə qalmaq.

Həmçinin Malışeva yaşlı insanlara qarşı diqqətli olmağa çağırıb. Yaşlı insanlar koronavirusa görə əsas risk qrupuna daxildir. Ölüm hallarının əksəriyyəti 60-65 yaşdan yuxarı insanlar arasında qeydə alınır.

Malışeva yaşlı ata-ana və nənə-babaları evdə otuzdurmağı, onları qida və lazım olan dərmanlarla təmin etməyi, buna imkan varsa bağa göndərməyi tövsiyə edib. Yaşlı insanları koronavirusdan qorumaq üçün onların sosial kontaktlarını kəskin şəkildə məhdudlaşdırmaq lazımdır.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031