Gündəm

Tanınmış jurnalistdən BNA-nı ifşa edən sərt ittihamlar

Tanınmış jurnalistdən BNA-nı ifşa edən sərt ittihamlar
 

Tanınmış jurnalist Azər Həsrət avtobus sürücüsünün mədəniyyətsizliyi ilə qarşılaşıb. Belə ki, bu gün günorta saatlarında 29 saylı avtobusla Mətbuat prospektiylə 20 yanvar metrosu istiqamətinə gedərkən sürücü anidən əyləci basıb. Bu zaman xanım sərnişin onun ayağının üstünə çıxıb. Jurnalist sürücüyə iradını bildirsə də adekvat cavab ala bilməyib.

 

Sfera.az-ın məlumatına görə, jurnalist daha sonra baş verənləri belə təsvir edib: "Heç vecinə də almadı. Elə bil divara deyirsən. Halbuki düşünürdüm, üzr istəyər heç olmasa. İstəmədi. Mən də avtobusun içində olan qaynar xəttə dərhal zəng elədim: 050 720 1915. Nəzakətlə cavab verdilər, problemi dedim və bildirdim ki, dayanacaqda düşüb maşının nömrəsini də xəbər verəcəm. Danışığı bitirmişdim ki, sürücü mənim üstümə çığırdı və hələ bir qayıtdı ki, mən robot deyiləm. Düş maşından filan”.

 

A.Həsrət Avtobusdan enəndən sonra avtobusun dövlət nömrə nişanını götürüb yenidən qaynar xəttə məlumat verib. Jurnalist Bakı şəhərində ictimai nəqliyyata cavabdeh olan Bakı Nəqliyyat Agentliyindən belə sürücülərə qarşı ölçü götürülməsini tələb edərək bildirib ki, belə adamların üzündən Azərbaycanın mədəni siması korlanır.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031