Maraqlı

Tələbə öz beyin əməliyyatını canlı yayımda göstərdi - VİDEO

Tələbə öz beyin əməliyyatını canlı yayımda göstərdi - VİDEO

ABŞ-lı tələbə özünün beyin əməliyyatını "Facebook"da canlı yayımlayıb.

Sfera.az  oxu.az-a istinadən xəbər verir ki, Texas ştatında yaşayan Cenna Şardt xəstəliyi ilə bağlı açıq beyin əməliyyatı keçirib.

Əməliyyatdan az öncə isə o, bu prosesi özünün "Facebook" hesabında canlı yayımda göstərmək istədiyini bildirib. Həkimlər öncə buna təəccübləniblər və razı olmayıblar. Cenna bildirib ki, bunu etməklə insanlara beyin əməliyyatının dəhşətli bir şey olmadığını, əməliyyatın real bir proses olduğunu göstərmək istəyir və insanları bundan qorxmamağa çağırır.

Həkimlər bundan sonra onun fikrini dəstəkləyiblər və canlı yayıma icazə veriblər. 

Cenna Şardt beyninə qan toplandığı üçün həkimlər əməliyyat edərək həmin hissəni təmizləyiblər. Təxminən 45 dəqiqə davam edən canlı əməliyyata 145 mindən çox insan onlayn olaraq baxıb.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031