Cəmİyyət

Təqaüdə çıxanlar iki dəfə daha az pensiya alacaq - EKSPERTDƏN BƏDBİN AÇIQLAMA

Təqaüdə çıxanlar iki dəfə daha az pensiya alacaq - EKSPERTDƏN BƏDBİN AÇIQLAMA


"Azərbaycanda 65 yaşda təqaüdə çıxanlar cəmi 5 il pensiya ala biləcək”


Sfera.az-a açıqlamasında bu sözləri Azərbaycanda pensiya yaşının 8 ildən sonra 65 yaşa qaldırılmasına münasibət bildirərkən İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov deyib. Həmsöhbətimiz düşünür ki, təqaüdə çıxmaq üçün yaş həddinin 65 qaldırılması düzgün yanaşma deyil:


"Mövcud "Pensiya Qanunu”nda kifayət qədər ciddi nöqsanlar var. Yeni qaydalara görə, 2027-ci ildə qadınlarla kişilər artıq eyni yaşda, yəni 65 yaşında pensiyaya çıxacaq. Azərbaycan şərtləri daxilində isə təqaüdə çıxmaq üçün 65 yaş limitinin tətbiq edilməsi doğru deyil. Ona görə ki,ölkəmizdə orta yaş müddəti aşağıdır. Qanuna dəyişiklik edilərkən irəli sürülən iddia odur ki, Azərbaycanda orta yaş 75 ildir. Amma məsələ ondadır ki, ölkəmizdə 2017-2018-ci ildə doğulanlar üçün orta ömür yaşı 75 ildir. Lakin Dövlət Statistika Komitəsi, Dünya Bankı və BMT-nin məlumatlarında Azərbaycanda hazırda pensiya yaşına çatan insanlar üçün orta ömür yaşı 70 ildir”.

 

Ekspertin sözlərinə görə, 65 yaşında pensiyaya çıxacaq insanlar cəmi 5 il pensiya ala biləcək: "Bu indiqator 1997-ci ilə qədər ciddi dəyişmir. Yəni 1955-1997-ci illər arasında doğulanlara gözlənilən orta ömür müddəti cəmi 71 ildir. Bu da hər bir pensiyaçının ortalama cəmi 6 il pensiya alması deməkdir. Amma hökumət hesablamanı 12 il üzərindən aparır. Azərbaycanda hökumətin gözlədiyi orta pensiya müddəti 144 aydır. Bu isə o anlama gəlir ki, pensiyaya çıxan aylıq olaraq iki dəfə daha az pensiya alacaq. Yəni ortalama olaraq orta yaş müddətinə görə, cəmi 72 ay pensiya alınması ehtimal olunur. Ancaq pensiyaçının sığorta hesabına ödədiyi kapitalı 144 aya bölünəcək. Deməli, pensiyaya çıxana iki dəfə daha az pensiya təyin olunur. Bu əsasda da bildiririk ki, Azərbaycanda heç bir halda pensiya yaşını 65 yaşa qədər artırmaq olmaz. Çünki bu real gözlənilən pensiya dövrü deyil. Bizi Yaponiyada və ABŞ-da pensiya ayşının 67 olması ilə müqayisə edirlər. Amam həmin ölkələrdə orta ömür müddəti 85-89 yaş arasında dəyişir, Azərbaycanda isə 71 yaşdır. Pensiya yaşı da buna uyğun hesablanmalıdır”.

 

Elçin

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031