Maqazİn

Təranə Qumral qızını PƏRT ETDİ: “Bu paltarı küçədə pis insanlar geyinmir” - VİDEO

Təranə Qumral qızını PƏRT ETDİ: “Bu paltarı küçədə pis insanlar geyinmir” - VİDEO
 ARB TV-nin efirində yayımlanan "Səhər-səhər" verilişinin növbəti qonağı müğənni Musa Musayev və onun ailəsi olub.

Sfera.az xəbər verir ki, qızının aldığı geyimlərdən söz açan Təranə Qumral efirdə qızını pərt etməsindən danışıb:

"12 il bundan öncə qızım həyat yoldaşı ilə paltar almağa getmişdilər. Gələndən sonra gördüm ki, qızım Qumral ağlayır. Soruşdum nə məsələdi, dedi ki, orada bir paltar vardı amma Natiq (Təranə Qumralın kürəkəni) o köynəyi mənə almadı. Maraqlandım ki, pulu olsa da, almayıb. Düşündüm ki, yəqin ki, paltarın problemi var. Məlum oldu ki, paltarın kürək hissəsi çox açıqdır, ona görə də Natiq bu paltarı almaq istəməyib. Mən dedim ki, get al gətir, sağ olsun sözümü yerə salmadı, kürəkən gedib alıb gətirdi. Evdə geyindirdim, dedim ki, bu nə paltardı, sən görməmişsən? Heç bu paltarı küçədə pis fikirli insanlar geyinmir. Sonra aparıb paltarı qaytarıb əvəzində başqa şeylər aldılar".(milli.az)
 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031