Sağlıq

Toyuq pəhrizi – Dadlı, faydalı arıqla

Toyuq pəhrizi – Dadlı, faydalı arıqla

Toyuqla pəhriz dünyada ən sadə, populyar, effektiv pəhrizdir. Toyuq əti az kaloridir, zülal mənbəyidir, düzgün qəbul edəndə çəkini azaldır.
Sfera.az medicina.az-a istinadən toyuq pəhrizinin qaydalarını təqdim edir

Bunun üçün toyuğun döş əti dərisiz istifadə olunmalıdır.  Filedə yağ azdır, karbohidrat yoxdur, ona görə problemli nahiyələrdən çəki sürətlə itəcək

-Toyuq filesini suda, sobada, buxarda bişirə bilərsiz. Yağda qızartmaq olmaz
-Toyuq mütləq göyərti, tərəvəzlərlə birgə yeyilməlidir

-Pəhriz boyu təmiz su için. Eləcə də şəkərsiz qəhvə, yaşıl çay olar.
-Qaçış və idmanla məşğul olun

-Filedən müxtəlif cür yeməklər hazırlaya bilərsiz
-Dieta 7 gündən artıq saxlanmamalıdır

 

-Toyuq yanında salatlara zeytun yağı və limon suyu qata bilərsiz
-Gündə 2 dəfə hər dəfə 100 -120 qr toyuq yeyə bilərsiz
-Axşam yeməyi saat 7-ə kimi bitməlidir

-Yatmazdan əvvəl bir stəkan qatıq için
-Dietadan tədricən çıxın: menyuya yavaş -yavaş mal əti, digər qidaları daxil edin
-Şirin meyvə, giləmeyvə, şəkər, çörək, nişasta tərkibli tərəvəzlər olmaz. (milli.az)


XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031