Dünya

Tramp Ərdoğana başsağlığı verdi

Tramp Ərdoğana başsağlığı verdi

Trampla Ərdoğan arasında telefon danışığı olub.

Sfera.az bakupost-a istinadən xəbər verir ki, bu haqda Ağ Evin məlumatında bildirilib.

Qeyd edilib ki, Donald Tramp Ərdoğana Elazığ şəhərində baş vermiş zəlzələdə insan tələfatına görə başsağlığı verib.
Bundan əlavə liderlər Liviya və İdlibdəki vəziyyəti müzakirə ediblər.

Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində 6,8 ballıq zəlzələ baş verib. Zəlzələ nəticəsində 1607 nəfər yaralanıb, 41 nəfər ölüb. 45 nəfər isə dağıntılar altından sağ çıxarılıb.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031