Dünya

Tramp: "İran tezliklə bizimlə danışıq aparmaq istəyəcək"

Tramp:
ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranın yaxın vaxtlarda Vaşinqtonla danışıqlar aparmaq istəyəcəyinə əminliyini bildirib.

Ağ Ev rəhbəri bu barədə özünün "Twitter" səhifəsində yazıb.

D.Tramp "Washington Post" və "New York Times"ın onun barəsində yazdıqları, Yaxın Şərqdəki güclü siyasətinə görə daxili mübarizə barəsində "yalan xəbərlər"lə razılaşmayıb.

"Müxtəlif fikirlər bildirilir və mən sərt və qəti qərarı qəbul edirəm – bu, çox sadə prosesdir", - deyə Tramp yazıb.

O, əlavə edib ki, rəsmi Tehran tezliklə ABŞ-la danışıq aparmaq istəyəcək.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031