Dünya

Tramp maraqlı tvit atdı: "Xoş gəldin, Yuxulu Co"

Tramp maraqlı tvit atdı:
ABŞ Prezidenti Donald Tramp sabiq vitse-prezident Co Baydenin 2020-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməsi qərarını şərh edib.

Bu barədə o, "Twitter" səhifəsində yazıb.

"Prezidentlik yarışına xoş gəldin, Yuxulu Co", - Tramp yazıb.

O, Baydenin müvəffəqiyyətli kampaniya aparmaq üçün uzun müddət sual altına alınan kifayət qədər intellektual bacarıqlara malik olduğuna ümid etdiyini vurğulayıb.

"Bu, xoşagəlməz olacaq. Siz həqiqətən çox xəstə və ağlasığmaz ideyaları olan insanlarla işləyəcəksiniz", - Tramp bildirib/Report.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031