Dünya

Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etdi

Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etdi
ABŞ prezidenti Donald Tramp Türkiyəyə qarşı sanksiyalar tədbirini ləğv edib.

Sfera.az "Röyters”ə istinadən xəbər verir ki, Tramp Suriyada hərbi əməliyyatlar dayandırıldığından rəsmi Ankaraya qarşı sanksiya tətbiq etməkdən vaz keçib.

"Razılaşma gözlənildiyindən də yaxşı nəticə verir”, - deyə Tramp bildirib. Trampın sözlərinə görə, oktyabrın 23-də səhər saatlarında Türkiyə hökuməti onunla əlaqə saxlayaraq Suriyada daha əməliyyatlar aparılmayacağı barədə məlumat verib. Bundan sonra Ağ Ev rəhbəri Maliyyə naziri Stiven Mnuçinə Türkiyə əleyhinə bütün sanksiyaları ləğv etməyi tapşırıb.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930