İdman

Türkiyə İslandiyaya nota verdi - Futbol qalmaqalı

Türkiyə İslandiyaya nota verdi - Futbol qalmaqalı

Türkiyə Xarici İşlər Nazirliyi futbol üzrə mill komandaya qarşı edilən hörmətsizliyə görə İslandiyaya nota verib. 

Cebhe.info xəbər verir ki, məsələ ilə əlaqədar xarici işlər naziri Mövlud Çavuşoğlunun islandiyalı həmkarı ilə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, futbol üzrə Türkiyə milli komandası Avropa çempionatının seçmə mərhələsində H qrupunda mübarizə aparır. Qrupda İslandiya da yer alıb. İyunun 11-də İslandiyada qrup mərhələsinin növbəti oyunu olmalıdır. Oyundan öncə İslandiyaya gəlmiş Türkiyə milli komandasına qarşı aeroportda süründürməçilik edilib. Millinin üzvləri 2 saat aeroportda gözləməli olublar. Bundan başqa milli komandanın üzvlərinə qaşır psixoloji təzyiq və hörmətsizlik olunub.

 


XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031