Dünya

Türkiyə-Suriya müharibəsi başlaya bilər? – ekspertdən açıqlama

Türkiyə-Suriya müharibəsi başlaya bilər? – ekspertdən açıqlama
 "Türkiyə ilə Əsəd rejimi arasında başlanan lokal xarakterli hərbi əməliyyatların birbaşa müharibəyə çevrilib-çevrilməyəcəyi birmənalı şəkildə Rusiyadan asılıdır”
 
Sfera.az-a açıqlamasında bu sözləri son günlər Suriyada Türkiyə ordusu ilə Əsəd rejiminin silahlı qüvvələri arasında baş verən lokal xarakterli toqquşmaların böyüyərək iki ölkə arasında daha ciddi müharibəyə çevrilib-çevrilməyəcəyi məsələsinə toxunarkən politoloq Nəzakət Məmmədova deyib:

 

 
"Suriyada bir nömrəli oyunçu aydın məsələdir ki, Rusiyadır. Bu bir faktdır. Suriya suveren dövlətdir. Bu mənada beynəlxalq hüquqa qalanda müqavilə ilə orada olan Rusiyadan başqa digər hər bir dövlətin orada olması qanunsuzdur. Onlar arasında qarşılıqlı yardım haqqında müqavilə var. Bu mənada Türkiyə ilə Suriya rejimi arasında ciddi müharibənin olub-olmayacağı Ərdoğanla Putinin nə dərəcədə razılığa gəlib-gələ bilməyəcəklərindən asılıdır. Aydın məsələdir ki, Əsər Türkiyə ordusuna özbaşına hücum etmir, Rusiyanın təlimatı və təhrikilə bunu edir”.

Həmsöhbətimizin fikrincə, Ərdoğanla Putin bu məsələdə razılığa gələcəksə, Türkiyə ilə Suriya arasında müharibə olmayacaq:
 
"Razılaşmayacaqları təqdirdə isə, onlar arasında indi lokal xarakter daşıyan hərbi əməliyyatlar müharibə səviyyəsinə qədər yüksələcək. Yəni burada Əsədlik bir şey yoxdur, o sadəcə Moskvadan gələn göstərişləri yerinə yetirir. Ərdoğan Putinə güzəştə gedəcəksə, onda Əsəd Türkiyə ordusuna atəş açmayacaq. Zatən Əsədlə Türkiyə ordusu arasında müharibə gedir. Amma onun şiddətlənib-şiddətlənməyəcəyi Putinlə Ərdoğanın razışalmasından asılıdır”.

 
Elçin

Sfera.az

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829