Krİmİnal

Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi

Türkiyədə həkim azərbaycanlı həmkarını güllələdi

Türkiyənin İstanbul şəhərinin Avcılar bölgəsindəki özəl xəstəxanalardan birində işləyən azərbaycanlı qadın həkim güllələnib. 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisənin tibb mərkəzinin digər həkimi tərəfindən törədildiyi bildirilib. 

Məlumatlara görə, hadisə mübahisə zəminində baş verib. 

Cəlal adlı türkiyəli həkim üzərindəki silahdan azərbaycanlı həkimə atəş açaraq hadisə yerindən qaçmaq istəyib. Ancaq o, yaxınlıqdakı polislər tərəfindən saxlanılıb. 

 

Bakırköy Sadi Konur Dövlət Xəstəxanasına çatdırılan azərbaycanlı həkimin vəziyyətinin ağır olduğu qeyd edilib.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930