Sİyasət

Türkiyənin müdafiə nazirinin Naxçıvana səfəri başlayıb

Türkiyənin müdafiə nazirinin Naxçıvana səfəri başlayıb

İyunun 10-da Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti "Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimini izləmək məqsədilə Naxçıvan şəhərinə gəlib.

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, iyunun 7-də Naxçıvanda "Sarsılmaz qardaşlıq-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimi başlayıb. Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

Təlimlər iyunun 11-də başa çatacaq.

 


 

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30