Krİmİnal

Xanım jurnalist Bakıda narkotik satarkən həbs edildi - POLİSDƏN XÜSUSİ ƏMƏLİYYAT

Xanım jurnalist Bakıda narkotik satarkən həbs edildi - POLİSDƏN XÜSUSİ ƏMƏLİYYAT
 
Bakıda narkotik alveri ilə məşğul olan qadın jurnalist tutulub.

ONA-nın əldə etdiyi məlumata görə, Bakı şəhər Baş Polis idarəsinin əməkdaşları ötən gün paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 5 saylı şəhər Klinik Xəstəxanasının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir qadın 62 bükümdə ümumi çəkisi 311 qramdan artıq olan qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Araşdırmalar zamanı saxlanılan qadının "Bakupress” milli informasiya agentliyinin rəhbəri Şəfəq Ağacan (Şəfəq Ağacan qızı Ağabalayeva) olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031