Cəmİyyət

Xumar Qədimova: “Nəsimi ilinə mən möhür vurdum...”

Xumar Qədimova: “Nəsimi ilinə mən möhür vurdum...”
 Dünən Əməkdar artist Xumar Qədimova Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş "Neylərəm” adlı layihəsinin təqdimatını keçirib.

Sfera.az "
qafqazinfo"ya istinadən xəbər verir ki, "Azərkitab”da baş tutan tədbirdə ziyalılar, KİV nümayəndələri iştirak edib. 

Müğənnni-bəstəkar əsərin nümayişindən əvvəl media təmsilçilərinin suallarını cavablandırıb.  O, layihənin 1 həftəyə yaxındır ki, sosial şəbəkədə yaydığını, lakin çox istəkləri nəzərə alaraq təqdimat etdiyini bildirib:

"Layihəmiz 1 həftəyə yaxındır ki, təqdim olunub.  Məncə, təqdimata ehtiyac yox idi. Növbəti istək ziyalılar, şəxsən Əflatun Amaşov tərəfindən gəldi. Mən nə deyim, istədilərsə, qoy olsun!  Mən Xumar olaraq Hüseyn Cavid, Almas İldırım, Xəlil Rza Ulutürk, Məmməd Araz şeirlərinə müraciət etmişəm. Bunlar arasında necə Nəsimi olmayaydı? Mütləq onun yaradıcılığına müraciət etməli idim. Yaşa Nəsimi, var ol. Mən bu layihəyə başlayanda yaratmaq istədim. Yaratmaq lazımdır ki, sevilsin. Müğənni oxumalı deyil, yaratmalıdır. Bunu yaradanda bilirdim ki, seviləcək. Çünki ora ürək qoymuşam, sözlərlə yaşamışam. Əslində qəzəlin adı "Neylərəm”dir. Mən isə ona "Dilbəra” deyə müraciət edirəm. Nəsiminin 650 illik münasibəti ilə xüsusi olaraq ona yer ayırdım, can qoydum”. 
 

Əməkdar artist daha sonra Nəsimi ilində şairin yaradıcılığına müraciət edən incəsənət üzvləri arasında ən uğurlu əsər ona məxsus olduğunu vurğulayıb: "Məncə, Nəsimi ilinə möhürünü vuran gözəl əsər "Neylərəm” qəzəlidir.  Çünki sözlə musiqinin vəhdəti var. Nəsimini, onun ruhunu hiss etmək lazımdır. Sözlərə yanaşmaq, onları düzgün izah etmək lazımdır. "Neylərəm” qəzəlinə çox aşiq idim. İllərdir sevirdim və axır ki, təqdim etdim”. 

Daha sonra klipin premyerası baş tutub.  Söz alan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı Rəşad Məcid ekran işi və bəstə barədə danışıb. 

Eyni zamanda millət vəkili Əflatun Amaşov, Xalq şairləri Nəriman Həsənzadə, Ramiz Rövşən və başqaları çıxış edərək əsərin bu ilə möhür vurduğunu qeyd ediblər.
 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031