Cəmİyyət

YAP Gəncədə tibbi spirt və maska payladı

YAP Gəncədə tibbi spirt və maska payladı
 Yeni Azərbaycan Partiyası dünyanı lərzəyə salan qlobal təhlükəyə qarşı mübarizəyə qoşuldu və ölkə Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri dəstəklədi.

Sfera.az xəbər verir ki, bunu YAP Gəncə şəhər təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin 19 mart tarixli sərəncamı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 200 min manat məbləğində vəsait ödəyən YAP partiyanın bütün yerli strukturlarına və üzvlərinə Koronavirusla Mübarizəyə Dəstək Fonduna imkanları daxilində dəstək göstərməyi tövsiyə edib.

N.Həmzəyev bildirib ki, hakim partiya eyni zamanda "Sağlamlığımız milli həmrəyliyimizdədir" adlı aksiya da başladıb. Partiyanın rayon və şəhər təşkilatları, fəal üzvləri koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirilən operativ profilaktik və mübarizə tədbirlərinə qoşulub, maarifləndirmə işində fəallıq göstərirlər:

"Partiyanın respublikada həyata keçirilən sosial izolyasiya tədbirlərinə dəstək olmaq məqsədi ilə keçirilən aksiyasına qoşulan YAP Gəncə şəhər təşklatının fəalları tərəfindən aztəminatlı ailələrin üzvlərinə tibbi spirt, maska və əlcəklər paylanıb. Onlar həmçinin vətəndaşlara bir daha gigiyena qaydalarına riayət olunmasının əhəmiyyətini çatdırıb, özlərinin və yaxınlarının müəyyən edilimiş qayda və tövsiyələrə əməl edərək sağlamlıqlarını qorumalarının vacibliyini xatırladıblar”.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031