İqtİsadİyyat

Yapı Kredi Bank Azərbaycan “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli” üçün saziş imzaladı.

Yapı Kredi Bank Azərbaycan “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli” üçün saziş imzaladı.

Palata tərəfindən "Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli”nin təqdimatı keçirilib və modelin tətbiq edilməsi üzrə qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş imzalanıb.

Yapı Kredi Bank Azərbaycan likvidliyi, sağlam maliyyə quruluşu və güclü texniki bazası ilə Palatanın Qiymətli kağızlar bazarı üçün təqdim etdiyi bu model üçün də tam dəstək verir.MBM, İnvestisiya şirkətləri və 4 Agent Bank arasında imzalanan Kollektiv saziş ilə birlikdə bankımız bu modeldə üzərinə düşən vəzifənin yerinə yetirmək istiqamətində fəaliyyət aparır.

 

Qeyd edək ki, qiymətli kağızlar bazarında tətbiq olunacaq bu model bazarda bir sıra fundamental yeniliklərə səbəb olacaq. Bu yeniliklər nəticəsində hesablaşmaların daha səmərəli və operativ aparılması mümkün olacaq. Bu da öz növbəsində həm emitentlərin, həm də investorların xərclərini azaltmaqla yanaşı, onlara likvidliyi çevik idarəetmə imkanı yaradacaq. Eyni zamanda qeyd edilmişdir ki, yeni modelin tətbiqi nəticəsində investisiya şirkətləri ilə kommersiya bankları arasında faydalı, şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mühitinin formalaşmasına zəmin yaranır.

 

Modeldə nəzərdə tutulan digər bir yenilik hesablaşma rejimlərinin optimallaşdırılmasıdır. Belə ki, yeni modelə əsasən səhmlər və dövlət istiqrazları ilə yanaşı, korporativ istiqrazların da təkrar bazar əqdləri üzrə hesablaşmaların "T+0” rejimindən "T+1” rejiminə keçirilməsi müəyyən edilmişdir. Bu isə öz növbəsində həm bu bazar seqmetinin canlanmasına, həm də hesablaşmaların səmərəliyinin artırılmasına təkan verəcək. Bununla yanaşı, Azərbaycan qiymətli kağızlar bazarında "T+1” rejimin tətbiq dairəsinin genişləndirilməsi bazarın xarici investor üçün cəlbediciliyini artıracaqdır.

 

Qeyd edək ki, Yapı Kredi Bank Azərbaycan dünyanın 17 ölkəsində fəaliyyət göstərən bankçılıq qrupunun üzvüdür. Ana səhmdarı UniCredit (İtalya) və Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda bankçılıq sektorunda beynəlxalq təcrübə ilə Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi və İnternet/Mobil Bankçılıq xidmətləri ilə xidmət verməkdədir.

 

 

 

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930