Maqazİn

"Yaşamaq istəmirəm"

Bir qız dünyaya gəldi. Bəzən ağladı, bəzən güldü. Həyatı çox çətin, əzablı oldu, anasının əziyyəti ilə böyüdü. "Ata" adı ona çox yad gəldi. Hər kəs "ata" deyəndə, o qız boynun büküb baxırdı. "Ata" sözünün mənasını anlamadı, çünki o sözü heç vaxt demədi.

Sfera.az axşam.az-a istinadən bildirir ki,bu sözləri müğənni Rəqsanə İsmayılova özü haqda yazıb. Ad günü olan sənətçi təəssüratlarını bölüşüb. Rəqsanə xoşbəxt olmadığını etiraf edib:

"Zaman keçdi, böyüdüm, artıq Rəqsanə anadır. Bəzən xoşbəxt, bəzən bədbəxtəm. Hamını başa düşür, hər kəsin halına yanıram. Amma nədənsə, heç kim məni başa düşmür. Nə yüküm varsa, özüm tək çəkirəm. Qınayırlar, içimi bilmədən arxamca danışırlar. Həyatda nə istədimsə, Allah gec olsa da, verdi. Heç nəyimi kimsədən gizlətmərəm, hər sözümü danışaram. Nə gəlirsə, başıma sadəliyimdən gəlir. Yoruldum demədən çalışdım. Xoşbəxtlik mənə çox vaxt yad gəlir. "Bəxtəvər" deyənlərə ürəyimdə gülüb keçirəm.

Ürəyimdə aça bilmədiyim çox şey var. Həyatda nələr yaşadım, nələr gördüm, bu gün də yaşayıram. Çox şey var, amma mübarizə aparmağı bacarıram. Yaşım az olsa da, yoruldum həyatdan. Nə gözəl gündə - ilk Əhya gecəsində doğuldum. Doğulduğum gündən mücadilə edirəm. Ancaq çox yaşamaq istəmirəm, həyatdan tez köçmək istəyirəm".

 

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30