Dünya

Yəmən ordusu Səudiyyə kəşfiyyat PUA-sını vurdu - Video

Yəmən ordusu Səudiyyə kəşfiyyat PUA-sını vurdu - Video
Ötən gecə Yəmən ordusu paytaxt Sanaa səmalarında kəşfiyyat aparan Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya məxsus pilostuz uçan aparatı vurub. Məlumata əsasən, vurulan "Predator XP” modelli PUA Birləşmiş Ərəb Əmirliklərinə məxsus olub.
 
Xatırladaq ki, 2015-ci ildən bu günə kimi Səudiyyə Ərəbistanı və müttəfiqləri Yəmənə təcavüz edir. Hərbi təcavüz nəticəsində on minlərlə insan həyatını itirib, milyonlarla insan xəstəliyə məhkum olub və məcburi köçkün vəziyyətinə düşüb. Səudiyyə və tərəfdaşları dəniz və havadan blokada şəraitində olan Yəmənə zəruri ərzaq və tibbi ləvazimatın daxil olmasına mane olur. Hazırda blokada nəticəsində milyonlarla yəmənli ağır şərtlər altında yaşamağa məcburdur. Buna baxmayaraq, yəmənlilər döyüş meydanında təcavüzkarlara qarşı mübarizəni davam etdirirlər.

XƏBƏR LENTİ

«    May 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031