Cəmİyyət

Yeni icra başçısı niyə hoteldə qalır? (FOTOLAR)

Yeni icra başçısı niyə hoteldə qalır? (FOTOLAR)


Xaçmazın yeni təyin edilən İcra başçısı Elnur Rzayev Hoteldə gecələyir.

Sfera.az-ın məlumatına görə, Elnur Rzayev təyin olunduğu gündən indiyədək işdən sonra Xaçmaz şəhərinin Bakı prospektində yerləşən "ELİT” Hotelində qalır.

Qeyd edək ki, İcra başçıları üçün nəzərdə tutulan qonaq evi sabiq başçı Şəmsəddin Xanbabayev tərəfindən özəlləşdirilib. Sözügedən qonaq evi hazırda sabiq İcra başçısının şəxsi mülkiyyətindədir. Bu səbəbdən yeni təyin edilən icra başçısı Elnur Rzayev hoteldə gecələmək məcburiyyətində qalıb.

İcra başçısının qaldığı hotel bir o qədər komfortlu olmasa da, şəhər mərkəzinə yaxın olduğu üçün seçdiyi bildirilib.(konkret.az)

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031