Cəmİyyət

Yol polisləri xidmət zamanı mobil telefondan istifadə edə bilər? - AÇIQLAMA

Yol polisləri xidmət zamanı mobil telefondan istifadə edə bilər? - AÇIQLAMA
Yol polisi əməkdaşlarının xidmət zamanı mobil telefondan istifadə etməsi qanunazidd deyil.

Sfera.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, xidmətdə olan zaman Dövlət Yol Polisi əməkdaşları mobil telefondan lazım olan informasiyaların ötürülməsi üçün istifadə edirlər.
Bölmə rəisinin sözlərinə görə, inspektorlar bəzən bir-birilərinə informasiyanı mobil telefon vasitəsilə çatdırırlar və bu da qeyri-qanuni hal deyil:

"Bəzən vətəndaş elə hesab edir ki, yol polisi əməkdaşı xidmətdə olan zaman mobil telefondan istifadə edə bilməz. Ancaq elə hallar olur ki, danışıq vaxt aparır və ona görə də radiocihazın xəttini məşğul etməmək üçün inspektorlar mobil telefondan istifadə edirlər”.
 
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31