İdman

“Yuventus” Poqbanı almaq üçün danışıqlara başladı

“Yuventus” Poqbanı almaq üçün danışıqlara başladı
"Yuventus” "Maçhester Yunayted”in fransalı yarımmüdafiəçisi Pol Poqbanın transferi üçün danışıqlara başlayıb.

Goal.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano öz "Twitter” səhifəsində yazıb: "Yuventus” Poqbanın transferi ilə bağlı Mino Rayolo və "Mançester Yunayted”lə danışıqlara başlayıb. Onlar Poqbanı qaytarmaq istəyirlər. MU tezliklə Poqbanın gələcək taleyi ilə bağlı qərar verəcək. Hazırda klublar arasında ilkin danışıqlar gedir”.

Xatırladaq ki, Poqbanın transferində "Real” klubu maraqlıdır. Madrid təmsilçisi Fransa millisinin üzvünü heyətə qatmaqdan ötrü 4 oyunçusunu qurban verməyə hazırdır. Belə ki, rəhbərlik Qaret Beyl, Hames Rodriges, Teo Ernandes və Keylor Navası transferə çıxaracaq. İlk iki oyunçu Poqbanın transferi üçün qarşı tərəfə təklif oluna da bilər.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30