Cəmİyyət

Zəhranın oğurlanması “dilənçi mafiyası” mövzusunu gündəmə daşıdı – SOSİOLOQ ÇAĞIRIŞ ETDİ

Zəhranın oğurlanması “dilənçi mafiyası” mövzusunu gündəmə daşıdı – SOSİOLOQ ÇAĞIRIŞ ETDİ
 

"Bu kimi şəbəkələr ölkədə xaotik vəziyyət yaranan kimi güclənirlər”.


Sfera.az-a açıqlamasında bu sözləri son zamanlar Azərbaycanda, xüsusən də Bakı şəhərində uşaqların dilənçiliyə cəlb edilməsi hallarının artması və bu xüsusda körpələrin oğurlanması hallarının baş verməsinə münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu deyib.


Onun sözlərinə görə, uşaqları dilənçiliyə cəlb edən şəbəkənin arxasıında zəngin adamlar dayanır: "Körpələrin oğurlanaraq dilənçiliyə cəlb edilməsi yeni hadisə deyil. Tarixin bütün keçmişində həmişə belə hadisələr olub. Uşaqları dilənçiliyə cəlb etmək yolu ilə əldə edilən pulları toplayan qruplar zənginlərdən ibarətdirlər. Yəni,bu şəbəkəni təşkil edənlərin arxasında kifayət qədər zəngin insanlar dayanır. Onlar bu şəbəkəni müxtəlif şəkildə təşkil edirlər. Bəzi hallarda onlar göz yummaları üçün hüquq mühafizə orqanlarının ərazilər üzrə təmsilçilərinə rüşvət də verirlər. Uşaqları dilənçiliyə cəlb edənlər şəbəkəsi ölkədə bir qədər xaotik vəziyyət yaranan kimi güclənir. Bu xaotik vəziyyət isə müharibədən qabaq, müharibə dövrü və ondan sonra, şəhər böyüyəndə yaranır. İndi hərə özünə bir cürə mafioz şəbəkəsi yaradır. Biri çadır mərasimi, digəri şadlıq evləri, başqaları da quldur dəstələri yaratmaqla belə çirkin işlərə girişirlər. Uşaqları dilənçiliyə cəlb edən şəbəkənin də görünür nəsillikcə dilənçiliklə hansısa bir bağlılığı var”.


Ekspert qeyd etdi ki, müasir dövrdə belə şəbəkənin yaranma ehtimalı daha yüksəkdir: "Çünki qloballaşmanın sürətlə getdiyi bir zamanda şəhərlər böyüyür və buradakı proseslər mürəkkəbləşməyə başlayır. Mürəkkəbləşmə ilə yanaşı ölkədə problemlər olanda da xaotik vəziyyət yaranır, nəticədə də belə şəbəkələr meydana çıxır”.


Həmsöhbətimiz validenyləri bu mövzuda daha diqqətli olmağa çağırdı: "İndiki dövrdə ölkəmizdə uşaqların dilənçiliyə cəlb edilməsi sahəsində təhlükə artıb. Ona görə də təhlükəsizlik tədbirləri olmalıdır. Əvvəllər olduğu kimi sakit şəkildə uşaqlarımızı küçələrə buraxa bilmərik. Körpə uşaqları təkcə bu şəbəkə deyil, xüsusi kəşfiyyat orqanları da oğurlaya bilər. Onlar adətən çox qabiliyyətli insanları oğurlayırlar. Ona görə də indiki vaxtda valideynlər öz uşaqlarına nəzarəti artırmalıdır. Yeni, proseslərin getdiyi bir zamanda təhlükəsizlik tədbirlərinin artmasına böyük ehtiyac vardır. Bu məsələdə səlahiyyətli qurumlar da nəzarəti gücləndirməlidirlər”.


 

Qeyd edək ki, son zamanlar Bakının küçələrində dilənçiliklə məşğul olanlar arasında böyüklər deyil, körpə və yeniyetmə uşaqlar daha çox üstünlük təşkil etməyə başlayıb. Bildiyimiz kimi, iki gün öncə itkin düşən 3 yaşlı Zəhra Bağırzadə nahəyət tapılıb. İlkin araşdırmalara görə onu da dilənçiliyə cəlb etmək məqsədilə oğurlayıblar.


Azyaşlını oğurlayan qadın Təzəgül Nəzərova saxlanılıb.

 

Elçin

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930