Cəmİyyət

"Ziya Məmmədov tövbəsini pozarsa, qamçılanmalıdır"

İmam-Hüseyn məscidinin imamı, "Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov sabiq nəqliyyat naziri Ziya Məmmədovun namaz qılıb, ibadət etməsindən danışıb. 

Yeniavaz.com xəbər verir ki, Hacı Əbdül Əbdülov Demokrat.az-a açıqlamasında Ziya Məmmədovu yanına tövbə etməyə çağırıb:

"Tövbə qapıları hər zaman açıqdır, Allah böyükdür, bağışlayandır. Mən arzu edirəm ki, Ziya Məmmədov yanıma gəlib tövbə etsin. O zaman Allah da onun günahlarını bağışlayacaq. Yəqin ki, Ziya Məmmədov indiyədək pis əməllərə bulaşmayacağı barədə tövbə etməyib. Ona görə də günahları var".

Hacı Əbdül Əbdülov əlavə edib ki, əgər Ziya Məmmədov tövbəsini pozarsa, onun qamçılanması qaçılmazdır:

"Ziya Məmmədov yanıma gəlib birinci və sonuncu dəfə tövbə etsin. Əgər Ziya Məmmədov tövbəsini pozarsa, o zaman mütləq qamçılanmalıdır, şallaqlanmalıdır. Başqa çıxış yolu yoxdur".a

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930