Dünya

13 nəfərin öldüyü qan davası: 22 il axtarışda olan şəxsin gizləndiyi yer polisi şoka saldı - Video

13 nəfərin öldüyü qan davası: 22 il axtarışda olan şəxsin gizləndiyi yer polisi şoka saldı - Video
Türkiyənin Diyarbəkir şəhərində 22 il öncə qan davasının davamı olaraq, daha bir cinayət baş vermişdi. Qətl hadisəsində şübhəli bilinən şəxs 1998-ci ildən axtarışda idi.

Sfera.az Bizimyol.info-ya istinadla xəbər verir ki, şübhəli həbs olunub. Onun bu müddətdə gizləndiyi yer polislərin özlərini də şoka salıb. Sən demə, şübhəli şəxs ölkədən çıxmayıb. Polislər onu yaşadığı evin qonaq otağında qazılmış, üstü uşaq çarpayısı ilə örtülmüş quyuda yaxalayıb.
Diyarbəkir və Şanlıurfada yaşayan İpək və Yüksəkqaya Ailələri arasında qan davası 1987-ci ildə - Abbas İpəyin ölümü ilə başlayıb. Bu qan davası nəticəsində Abbas İpəkdən sonra daha 12 nəfər öldürülüb.
Şübhəli şəxsin gizləndiyi quyunun dərinliyi iki metr, sahəsi isə 6 kvadrat metr olub.
 

 

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930