Hadİsə

13 turisti daşıyan mikroavtobusun üstünə zürafə düşdü - FOTO

13 turisti daşıyan mikroavtobusun üstünə zürafə düşdü - FOTO

Cənubi Afrikada Kryuger Milli Parkının ərazisində avtomobil qəzası zamanı isveçrəli turist ağır xəsarətlər alıb.

"Daily Mail” xəbər verir ki, 13 turisti daşıyan mikroavtobus zürafəni vurub.

Zərbənin gücündən heyvan qarşıdan gələn maşının üstünə yıxılıb və onun damını əzib. Nəticədə maşın əzilib, İsveçrədən olan ər-arvad zədələniblər.    

 

Kişinin zədələri ağır olduğundan onu helikopter vasitəsilə Yohanesburqa aparıblar. İsveçrəlinin arvadı və mikroavtobusda hərəkət edən daha iki turist yüngül xəsarətlər alıblar. Zürafə hadisə yerində keçinib.

Hadisənin başvermə səbəbləri araşdırılır.(oxu.az)

 

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31