Təhsİl

"15 sentyabrda başlanan dərslər belə keçirilməlidir" — AÇIQLAMA

 Sentyabrın 15-dən Azərbaycanda dərslərin ənənəvi qaydada keçirilməsi nəzərdə tutulur. Məktəbdə sıxlığın yaranmaması və şagirdlər arasında yoluxmanın olmaması yoluxmanın artmasının qarşısını almaq üçün aşağı siniflər üçün dərslər birinci, yuxarı siniflər üçün ikinci növbədə keçirilə bilərmi?
 

Ceyhun Məmmədov, millət vəkili

Sfera.az  xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, məlum olduğu kimi, keçən həftə Təhsil Nazirliyi tərəfindən növbəti tədris ilində məktəblərin açılması və tədris prosesinin təşkili haqqında açıqlama verildi: "Təkliflərin məzmunu açıqlanmasa da, ümumi şəkildə bildirildi ki, 2020-2021-ci tədris ilində bütün təhsilalanların təhsil hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görülməkdədir. Ümumilikdə bunu hamı bilməlidir ki, tədris ilinin başlanması məsələsinə cari vəziyyəti nəzərə alaraq baxılacaq. Hazırda bizim üçün vacib olan nüans əhalinin, insanların sağlamlığı məsələsidir. Bu baxımdan, hadisələrin gedişatından asılı olaraq, tədris ilinin başlanması əhalinin sağlamlığı üçün təhlükə olarsa, bir neçə versiya nəzərdən keçirilə bilər. Bu versiyalardan biri də növbəli tədris sistemidir: aşağı və yuxarı siniflərin müxtəlif vaxtlarda dərsə başlaması. Belə olduğu təqdirdə məktəblərdə şagird sıxlığı nisbətən aradan götürülə bilər.  Bu zaman sosial məsafə və digər qabaqlayıcı tədbirlərin görülməsi də vacibdir. Əgər dərslər ənənəvi şəkildə başlarsa, müəyyən qaydalar tətbiq olunacaq, insanların virusa yoluxmasının qarşısının alınması istiqamətində vacib tədbirlər görüləcəkdir”.

Deputat qeyd edib ki, şagirdlər arasında maariflənmə işlərinin aparılması istiqamətində zəruri addımlar atılacaq: "Ümumilikdə tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. Hazırda isə bizim üzərimizə düşən tətbiq olunan qaydalara riayət etməkdir. Şagirdlərin davamlı və keyfiyyətli tədrislə təmin olunması üçün bütün zəruri addımlar atılacaq. Təhsil və tədrislə bərabər sağlamlığın qorunması üçün də qabaqcadan müvafiq təlimat və göstərişlər hazırlanacaq. Digər vacib məsələ isə hər bir vətəndaşımızın müəyyən qayda və normalara əməl etməsidir. Bu müvəqqəti çətinlikdir. Zamanla hər şey öz normal axarına dönəcəkdir”.

Təhsil esperti Kamran Əsədov vurğulayıb  ki, sentyabrın 15-dən sonra dərslər ənənəvi qaydada keçirləcəksə, bunun üçün müəyyən qaydalar hazırlanmalıdır: "Mənim də bu barədə Operativ Qərargaha bir neçə təklifim var. Həmin təkliflər aşağıdakılardır:

I.Dərs ilinin başlanmasına qədər

Tədris həftəsi müddətində hər məktəbdə bir həkim və ya tibb bacısının olması təmin olunsun.
TƏBİB-lə məlumat mübadiləsi aparılsın, koordinasiya işi həyata keçirilsin.
Xəstəliyə yoluxmuş ailələr, onların yaxınları, xroniki, digər yoluxucu və təhlükəli xəstəlikləri olan şagirdlər, onların daşıyıcıları dərslərə gəlməsin. Onların təhsili mərkəz məktəblər tərəfindən məsafədən təşkil olunsun. Həmin şagirdlərin müəyyən olunaraq qeydiyyatının aparılması, əyani iştirak edə bilmədiyi dərslərinin cədvəllərinin müəyyən olunması oxuduğu məktəblə mərkəz məktəb arasında əlaqələndirilsin.
Şagirdlərin dəyişmə vərəqələri ("obmenni”) Səhiyyə Nazirliyi ilə paralelləşdirilsin-sənədlər elektronlaşdırlısın. Məzun sistemi, UTİS, Şagird yerdəyişmə sistemi, Səhiyyə Nazirliyinin sistemi əlaqələndirilsin. Şəxsi işlər elektronlaşdırılsın. Sənəd mübadilələrində kağız daşıyıcılarından istifadə minimuma endirilsin.
Valideynin məcburi köçməsi və digər zəruri hallarla bağlı olmayan (daha yaxşı məktəbə və s.) şagird yerdəyişmələrinin qarşısı alınsın.
Tədris planlarında dərnəklər və fakültətivlərə saat ayrılmasın. Operativ və mobil tədris planları müəyyənləşdirilsin, maliyyə itkisinə yol verməmək üçün real tədris planları hazırlansın.
I, V, IX siniflər həftədə 3 dəfə, ara siniflər həftədə 2 dəfəlik tədrisi nəzərdə tutan cədvəllər hazırlansın. X və XI siniflərdə tədris tam onlayn qaydada təşkil edilsin (Onların dərsdən sonra şəhərin müxtəlif ərazilərində repetitorluq fəaliyyəti ilə məşğul olaraq vuris daşıyıcısı olma ehtimalları nəzərə alınsın.).
Baza və praktiki fənlər (tədris dili, xarici dil, riyaziyyat, kimya, fizika) əyani, digər fənlər onlayn-məsafədən tədris edilsin (Qarışıq tədris modeli).
Fiziki tərbiyə və həyat bilgisi dərsləri mütləq keçirilsin. Həmin dərslərə pandemiya və sağlamlığın qorunması ilə bağlı aktual olan mövzu və idman hərəkətləri daxil edilsin. Bu fənlər, xüsusilə fiziki tərbiyə dərsi əlavə dərs cədvəli müəyyən olunaraq tədris oluna bilər.
Psixoloqlarla bağlı yeni təlimat-500 şagirdə 1 psixoloq uyğunluğu reallaşdırılsın. Psixoloqlarla bağlı yeni davranış qaydaları müəyyən edilsin.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə şagirdlərin məktəb binasına müxtəlif daxilolmasının təmini üçün mövcud olan bütün giriş qapılarından istifadə qaydaları (fərqli siniflər və fərqli otaqlar) müəyyən edilsin.
Məktəb binalarının qarşısında sosial məsafəni gözləmək üçün nişanlayıcı xətlər çəkilsin.
Şagirdlərə dərslik komplektləri xüsusi bağlamalarda verilsin.
Lazımi elektron avadanlığı olmayan (onlayn dərslər üçün) müəllim və şagirdlər üçün bunlar təmin olunsun.

II.Dərs başlayarkən məktəbdə

Məktəb heyəti müvafiq qoruyucu vasitələrlə (lazım olduqda xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska, dezinfeksiya vasitələri) təmin olunsun.
Bədən hərarəti yüksək olan şagirdlər məktəbdəki həkimin rəyinə uyğun olaraq məktəbə buraxılmasın.
Qapıda qızdırmaölçən cihaz və dezinfeksiya aparatı qoyulsun, hər kəs ondan məcburi istifadə etsin.
Şagirdlərin dərs başlayarkən və dərs yekunlaşarkən əllərini sanqovuşaqda yuması təmin edilsin. Bunun üçün məktəbdə infrastruktur qaydaya salınsın.
Məktəb həyəti və məktəb daxilində şagirdlərin bir yerə toplaşması qadağan olunsun.
Təşkilatçı müavin,UBTR, bəzi laborantlar və növbətçi müəllimlər şagirdlərin siniflərə gəlməsi və davranışlarına nəzarət etsinlər. Bunun üçün müvəqqəti normalar müəyyən olunsun.
Risk qrupu altında olan müəllmlər və digər işçilər işə cəlb edilməsin. Onların dərsləri onlayn keçilmə mümkün olmadıqda, əvəzçilik qaydasında digər müəllimlərə həvalə edilsin. Mümkün olan hallarda onlayn cədvəllər hazırlansın.
Sanqovuşaqlarda, otaqlarda, dəhlizlərdə müntəzəm dezinfeksiya işləri aparılsın.
Davamiyyət məcburi olmasın.
Şagirdlər tibbi maskadan məcburi istifadə etsin. Müəllimlər, işçilər maska və mümkün olduqda üz örtüyündən (dərs keçməyən rəhbərlik mütləq) istifadə etsin.
Məktəb daxilində şagird hərəkəti lazımi sosial məsafəni gözləməklə təşkil edilsin.

III.Dərslərin təşkili

Siniflərdə mümkün və lazım olduğu vəziyyətdə qoruyucu örtüklərdən istifadə olunsun.
Tez-tez sinif otaqlarının havasının dəyişməsi təmin olunsun.
Nəm, havalanması normadan az olan, gün işığı zəif düşən otaqlarda dərslər təşkil edilməsin.
1 dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə müəyyən edilsin.
Bir gün ərzində maksimum 5 dərs (əyani və ya onlayn) müəyyənləşdirilsin.
Onlayn dərslərin uçotu aparılsın. Bununla bağlı qanunverici bazaya müvəqqəti əlavə edilsin.
Əyani dərslərdə şagird sıxlığını azaltmaq üçün siniflər 2 yerə bölünsün: 5a1və 5a2. Dərs yükü bu iki sinif arasında bərabər bölünsün. Məsələn, tədris dili 6 saatıdırsa, 3 saat 5a1 və +3 saat 5a2.

8.Tədris materialının yeni və optimal bölgüsü müəyyənləşdirilsin.

IV.Şagirdlərlə bağlı tövsiyələr

İctimai nəqliyyatdan mümkün olduqca daha az istifadə etsinlər.
Məktəbə gələrkən tibbi maska və üz sipərindən istifadə etsinlər.
Şəxsi əşyalarını digər şəxslərlə, sinif yoldaşları ilə paylaşmaqdan çəkinsinlər”.


XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930