Cəmİyyət

“156 Evakuasiya Xidməti bahalı motosikleti aşırıb...” - ŞİKAYƏT

“156 Evakuasiya Xidməti bahalı motosikleti aşırıb...” - ŞİKAYƏT

Ayxan Əhmədov adlı istifadəçi Facebokdakı "Müştəriyəm Şikayətim Var” qrupuna şikayət ünvanlayıb.


Sfera. az şikayətçinin məktubunu oxucularına təqdim edir:

 

 

"Salam. Dostum Orxan Rəhmanlı xahiş etdi ki, maksimum paylaşım edim. Şikayəti 156 Evakuasiya Xidmətindəndir. Heç də ucuz olmayan Harley Davidson motosikletini evakuatordan aşırıblar. Çox ciddi zədə alıb. Ziyanı ödəməkdən isə min-bir bəhanə ilə boyun qaçırırlar”.


 

Zərərçəkən dostunun xahişini yerinə yetirdiyini bildirən istifadəçi fikrini elə həmn dostunun müraciəti ilə davam etdirir:

 

"HARLEY DAVIDSON İRON 883 markalı motosiklımı evakuatorla aparanda aşırıblar.Hadisə sürücünün səhlənkarığı nəticəsində baş verib. Sürət həddi aşıldığından malım məhv olub.

 

Motosiklin salonunun qiyməti hazırda 29.300 manatdır. Sığorta şirkəti mənə fırıldaq gəlir, maddi, mənəvi, bir sözlə, hər növ ziyan yetirməyə davam edirlər. Yaxın-uzaq hər bir kəsdən bu olayı paylaşmağı xahiş edirəm.

 

3 aydır detal sifariş etmişdim, həmin detalın çatdırılılmasını gözləyirdim. Bütün həvəsimi heçə endirdilər. 263 kiloqramlıq texnika aşdığı zaman nə hala düşdüyünü özünüz təsəvvür edin. Çəkisi ağır olduğndan daxili sistemi də sıradan çıxıb.

 

Hələ də mövcud durumla maraqlanan yoxdur, sadəcə zaman udurlar. Sığortaları isə yoxdur. Yalandan hər yerdə sığortalı daşınma yazmaqlarına aldanmayın mənim kimi ! @evakuasiya.az"

 

 

 

Selcan

Sfera.az

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031