Cəmİyyət

16 il Xarici İşlər naziri olan Elmar Məmmədyarov kimdir? – DOSYE

16 il Xarici İşlər naziri olan Elmar Məmmədyarov kimdir? – DOSYE
 

Elmar Məhərrəm oğlu Məmmədyarov 1960-cı il 2 iyul tarixində Bakı şəhərində dünyaya gəlib.

Sfera.az xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin 2 aprel 2004-cü il tarixli sərəncamı ilə Elmar Məmmədyarov Azərbaycanın Xarici İşlər Naziri vəzifəsinə təyin edilən Elmar Məmmədyarov 1982-ci ildən 1988-ci ilə qədər Azərbaycan SSR Xarici İşlər Nazirliyində II Katib və I Katib vəzifələrində çalışıb.

1988-1991-ci illərdə Sovet İttifaqı Xarici İşlər Nazirliyinin Diplomatiya Akademiyasında çalışan Elmar Məmmədyarov, 1989-1990-cı illərdə ABŞ-dad Braun Universitetində xarici siyasətin planlaşdırılması sahəsi üzrə çalışıb.

O, 1991-ci ildən 1992-ci ilə qədər Azərbaycanın Xarici İşlər Nazirliyində Dövlət protokolu şöbəsinin müdiri olub.

1992-1995-ci illərdə Azərbaycanın BMT yanında olan daimi nümayəndəliyində I katib vəzifəsində çalışan Elmar Məmmədyarov, 1995-1998-ci illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində Beynəlxalq qurumlar idarəsinin rəisi olub.

Elmar Məmmədyarov 1998-ci ildən 2003-cü ilə qədər Azərbaycanın ABŞ səfirliyində müşavir vəzifəsində çalışıb.

Elmar Məmmədyarov Azərbaycan prezidenti Heydər Əliyevin 2 iyun 2003-cü il tarixli 895 nömrəli sərəncamı ilə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Elə həmin gün imzalanan digər sərəncamla ona, fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında Elmar Məmmədyarov 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

2020-ci il iyulun 15-də baş tutan Nazirlər Kabinetinin iclası zamanı Azərbaycan Prezidenti İlham Əliyev Tovuz döyüşləri zamanı Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun göstərdiyi fəaliyyəti sərt tənqid edib.

(qazet.az)

XƏBƏR LENTİ

«    Avqust 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31