Maraqlı

17 il dostluq edən rəfiqələri şoka salan sirrin üstü açıldı - FOTO - VİDEO

17 il dostluq edən rəfiqələri şoka salan sirrin üstü açıldı - FOTO - VİDEO

17 il dostluq edən iki qadın illər sonra doğma bacı olduqlarını öyrəniblər.

Sfera.az bildirir ki, bu hadisə ABŞ-ın Pensilvaniya ştatında baş verib.

31 yaşlı Eşli Tomas və 29 yaşlı Toya Uimberli hələ məktəbdə oxuyarkən bir-birləri ilə tanış olublar və o vaxtdan heç vaxt bir-birindən ayrılmayıblar. 15 il öncə Eşli öyrənir ki, onu doğma atası tərbiyə etməyib, əsl atasının kimliyini isə ancaq anası deyə bilərdi, o, isə dünyadan köçmüşdü. 

Bu sirrin üstünü açmaq isə illər sonra rəfiqəsi sayəsində mümkün olub. Belə ki, Eşli  "Facebook”da Toyanın atasının şəklini görür və bir vaxtlar anası ilə görüşən kişini tanıyır.

Bundan sonra rəfiqələr bacı ola biləcəklərini düşünüblər. DNT testi onların şübhələrini təsdiqləyib.

Bu xəbər kişini şoka salıb. O, qızı barədə heç nə bilmədiyini iddia edib.

"Mənsiz doğulan və böyüyən qızım üçün çox pis olmuşam, ancaq eyni zamanda xoşbəxtəm ki, bu gözəl və uğurlu karyerası olan qadın mənim balamdır”, - deyə, o etiraf edib.

"Sən demə bu səbəbdən biz Eşli ilə bu qədər oxşarıq, altıncı sinifdən bəri ayrılmamışıq”, - deyə Toya özünün "Facebook” səhifəsində yazıb.

(oxu.az)

  

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930