No image
Cəmİyyət

190 manat ala bilməyənlərə ŞAD XƏBƏR — Yenidən müraciət edə bilərsiz

190 manat ala bilməyənlərə ŞAD XƏBƏR — Yenidən müraciət edə bilərsiz
 190 manat birdəfəlik ödəmə ilə bağlı əsassız şəkildə rədd cavabı alan vətəndaşlar yenidən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilərlər.
 
Sfera.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov "ATV Qərargah” proqramında açıqlayıb.

Məsələ ilə bağlı ünvanlanan çoxsaylı suallara cavab verən deputat bildirib ki, bunun üçün nazirliyin elektron poçtuna və ya məktub vasitəsilə şikayət ərizəsi göndərilə bilər: "Məsələn, şikayətlər eşidirik ki, bir vətəndaşın adına avtomobil yoxdur və heç vaxt olmayıb. Lakin ona 190 manat sosial müavinət təyin edilməyib. Ola bilsin ki, bu, texniki problem ucbatından baş verib. Bu halda, həmin vətəndaş nazirliyə yenidən müraciət etməlidir. Baxmayaraq ki, artıq birdəfəlik ödənişlərin təyin edilməsi üçün qeydiyyat tarixi bitib, əsassız rədd cavabı alanlar yenidən müraciət edə bilərlər”, - V.Bayramov bildirib.

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930