No image
Cəmİyyət

190 manatı ala bilməyən narazı şəxslərin nəzərinə: BU FORMADA MÜRACİƏT EDİN

190 manatı ala bilməyən narazı şəxslərin nəzərinə: BU FORMADA MÜRACİƏT EDİN
 

"Mənim 190 manatlıq birdəfəlik yardıma ehtiyacım var, amma nazirlik müxtəlif səbəblər gətirərək bu birdəfəlik ödəməni verməkdən imtina edib. Hətta 190 manata ehtiyacım olduğunu sübut da edə bilərəm" deyənlərin çoxluğunu nəzərə alaraq, "Telesəhər" məsələyə aydınlıq gətirməyə çalışıb.

Sfera.az  baku.ws-ə istinadla xəbər verir ki, verilişdə qonaq olan Dövlət Məşğulluq Xidmətinin rəis müavini Cəmaləddin Quliyev qaranlıq məqamlarla bağlı suallara cavab verib.

C.Quliyev 190 manata ehtiyacı olduğunu sübut edə biləcək vətəndaşların qurumun yerli şöbələrinə şikayət və ərizə ilə müraciət etməli olduğunu bildirib:

"Xidmətin rayon şöbələri də daxil olmaqla, bu istiqamətdə işlər həyata keçiririk. Yerli qurumlar vətəndaşların ərizə və şikayətlərinə baxır. İmtinanın səbəbləri aydınlaşdırılır və əhaliyə cavab verilir".

Qurum rəsmisi "Heç elə olubmu ki, imtina cavabı alan kimsə gəlib və onun haqlı olduğu sübuta yetirilib. Həmin vətəndaşa birdəfəlik ödəmə edilib?" sualına "Bəli" deyə cavab verib:

 

"Belə hallar olub. Mən onu qeyd edim ki, 190 manatlıq birdəfəlik ödəmənin təyin edilməsi sistem vasitəsilə həyata keçirildi. Bu təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemi vasitəsilə edilmədi. Həmin məlumatlar digər qurumların da sistemləri ilə yoxlanıldı. Yoxlanılma zamanı xətalar ola bilər".

XƏBƏR LENTİ

«    İyun 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
2930