Krİmİnal

Qətlə görə həbs edilən Yasin Həsənov Bakıda bina tikirmiş

Qətlə görə həbs edilən Yasin Həsənov Bakıda bina tikirmiş
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində 2018-ci ilin iyulun 3-də Ukraynanın Kiyev şəhərində yerləşən restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi "Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs Bakı şəhərində saxlanılıb. 

Sfera.az xəbər verir ki, Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxaq axtarışda olan paytaxt sakini Yasin Həsənov tutulub.

Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub. Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib.

Faktla bağlı Baş İdarədə Yasin Həsənov ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 
Əldə etdiyimiz məlumatlara görə qatil kriminal aləmdə əldə etdiyi vəsaitlərlə Bakının Bakıxanov qəsəbəsində çoxmərtəbəli binaların inşaatı ilə məşğul olur.

XƏBƏR LENTİ

«    İyul 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031