Cəmİyyət

Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq
 

Sabah Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Sfera.az  xəbər verir ki, bu barədə "Azərişıq” ASC məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Abşeron rayonu Qobu və Masazır qəsəbələri, Atyalı yaşayış sahəsi, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi və Binəqədi rayonu 28 May qəsəbəsində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq 10/6/0.4 kv-luq EVX-ləri, TM, KTM-lərdə yenidənqurma işləri davam etdirilir.

Görülən işlərlə əlaqədar olaraq sabah adıçəkilən ərazilərdə elektrik enerjisi təchizatında qısamüddətli növbəli fasilələr yaranacaq.

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930