Cəmİyyət

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
 

Yanvarın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 

Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu  gecə 2-5° isti, gündüz  7-11° isti, Bakıda  gecə 3-5° isti, gündüz  8-10° isti olacaq. Atmosfer  təzyiqi  normadan yüksək 769 mm  civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 70-80%, gündüz  50-55% olacaq.    

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək  isti, gündüz  7-12°  isti, dağlarda gecə 3-8° şaxta, gündüz  3° şaxtadan 2°-dək isti olacaq. 


XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031