Sİyasət

110 saylı Zaqatala seçki dairəsində nəticələr ləğv olunmalıdır – SAXTAKARLIQ FAKTLARI TOPLANIR

110 saylı Zaqatala seçki dairəsində nəticələr ləğv olunmalıdır – SAXTAKARLIQ FAKTLARI TOPLANIR
Elşən Musayevin qalib elan olunduğu 110 saylı Zaqatala seçki dairəsinin nəticələri şübhə altındadır.

Sfera.az-ın məlumatına görə, bu dairədə həyata keçirilən saxtakarlığın miqyası belə düşünməyə əsas verir.

Bu barədə Fariz Həsənlinin vəkilləri facebookda məlumat yayıb.

Əldə etdiyimiz məlumata görə, təkcə Zaqatala 110 saylı dairədə Fariz Həsənli 150 nəfərlik müşahidəçi komandası toplamışdı.
Müşahidəçilər 47 məntənin ən azı 45-də məntəqə sədrlərinə, üzvlərə, saxtakarlığa cəhd etmək istəyən istənilən şəxsə nəfəs də aldırmadılar, dirəndilər, bütün təhdidlərə, provakasiyalara rəğmən mövqelərindən bircə addım geri çəkilmədilər.

Məntəqə sədrlərindən biri müşahidəçi xanıma deyirmiş ki, "Allahdan arzum budur, bir də ömrümdə səni mənim qarşıma çıxartmasın, sən məni infarkt elədin bugün".

Zaqatala tarixində belə seçki olmayıb heç vaxt. Fariz Həsənlinin komandasının onlara yaşatdığı şoku ömür boyu unutmayacaqlar. Fariz Həsənli Zaqatala seçicisindən 7800-dən artıq səs topladı. O boyda inzibati resursun, icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, pullu, harın qoçu dəstələrinin ciddi cəhdi, bir-bir camaaatın evinə gedib hədələməsi, insanları çörəyi ilə qorxutması, "ağsaqall" adını daşıyan saxtakarları ələ alması sayəsində Elşən Musayevi çox cüzi səs fərqilə qalib etdilər. Bütün bu faktları o dairədən namizəd olan Nurlana Cəlil də təsdiqləyə bilər.

Daxil olan məlumatda bildirilir ki, digər namizədlər 110 saylı Zaqatala seçki dairəsindəki nəticələrlə də razı deyil və əlllərində olan saxtakarlığa cəhd videolarını, sübutlarını toplayıb sona kimi mübarizə aparmaq haqda razılığa gəliblər.
 
Fariz Həsənlinin özü isə Zaqatala Teleqrafa müsahibəsində olanlara bağlı geniş danışıb. Müsahibəni təqdim edirik: 


Sfera.az

XƏBƏR LENTİ

«    Sentyabr 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
282930