Cəmİyyət

İstirahət günləri üçün hava proqnozu

İstirahət günləri üçün hava proqnozu
 

İstirahət günləri üçün hava proqnozu açıqlanıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqazda havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8 dərəcə şaxta, gündüz  0-5 dərəcə isti təşkil edəcək. 

Lənkəran-Astara bölgəsində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Dağlarda duman olacaq, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil olacaq. 

 

Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 5-8 dərəcə isti təşkil edəcək. 

Aran rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək, fevralın 15-də ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu gecə 0-5, gündüz 7-12  dərəcə isti təşkil olacaq.

Naxçıvan MR-da havanın əsasən yağmursuz keçəcəyi, lakin fevralın 16-da axşam arabir qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, fevralın 15-də arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti təşkil edəcək. 

Paytaxtda isə havanın  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 7-10  dərəcə isti təşkil olacaq.

XƏBƏR LENTİ

«    May 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
25262728293031